Polkovnikin nəşi Bakıya gətirilib
14/07/2020

Səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlərdə şəhid düşən polkovnik İlqar Mirzəyevin nəşi paytaxt Bakıya gətirilib.
"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, Bakıda polkovniklə vida mərasimi keçirilib. Mərasimdə izdiham yaşanıb.
İlqar Mirzəyev sabah II Fəxri Xiyabanda dəfn ediləcək.