Polisi maşınla vurub hadisə yerindən qaçdı

Esed Abasli 09/12/2021

Göygöldə piyadanı avtomobil vurub. 


Hadisə Göygöl şəhərinin girişində baş verib. 


Yolu keçmək istəyən Musayev soyadlı piyadanı avtomobil vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü avtomobili ilə hadisə yerindən uzaqlaşıb. 


Məlumata görə, maşın vuran şəxs Göygöl rayon polis şöbəsinin əməkdaşıdır.


Faktla bağlı araşdırma aparılır.