Polis şöbəsində intihar baş verib

Məmmədzadə Zərintac 16/08/2020

Hacıqabul Rayon Polis Şöbəsində ölüm hadisəsi olub.

"XəbərBuro" xəbər verir ki, DİN-nin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  söyləyib ki, bir neçə gün əvvəl Hacıqabul Rayon Məhkəməsinin qərarına əsasən inzibati qaydada sutkalıq həbs olunmuş Hacıqabul rayon sakini İkram Məlikov polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında bu gün intihar edib:

“O, bu gün müvəqqəti saxlanma təcridxanasında mələfə ilə özünü asıb. Dərhal ekspertlər, prokurorluq və polis əməkdaşları hadisə yerinə gediblər, meyitə baxış keçiriblər. Onun intihar nəticəsində dünyasını dəyişdiyi təsdiqlənib”.