Polis karantini pozanları cərimələdi

Esed Abasli 20/08/2021

Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə əlaqədar polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

 

"XəbərBüro" bildirir ki,DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə, eyni zamanda ictimai nəqliyyatda tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib, maarifləndirici söhbətlər aparılıb.

 

Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.