Polis əməkdaşları reyd keçirib

Məmmədzadə Zərintac 31/07/2020

Pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsilməs və satılmasında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyənləşmiş yerlərdən kənarda satışa və kəsimə icazə yoxdur.

"Report"a əsasən "XəbərBuro" xəbər verir ki, Daxili İşlər Nazirliyindən olan məlumata görə qurbanlıq heyvanların nəzərdə tutulmayan yerlərdən kənarda satışına və kəsiminə qarşı gücləndirilmiş iş rejimində xidmət göstərən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları nəzarət - profilaktik tədbirlər keçirirlər.

Qurbanlıq heyvanların satışının həyata keçirildiyi ərazilərdə sosial izolyasiya qaydalarına riayət,   təhlükəsizliyin təmin edilməsi üçün xidmət təşkil edilib. Ola biləcək sıxlığın qarşısının alınması üçün vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, onlardan sosial izolyasiya qaydalarına riayət etmələri tələb edilib.

Xüsusi karantin rejiminin tələblərinə uyğun qurbanlıq heyvanların onlayn satış yarmarkalarının təşkilinə rəğmən bəzi şəxslər  pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərini pozduqları müəyyənləşərək inzibati məsuliyyətə cəlb olunublar.

Bir daha vətəndaşları xüsusi karantin rejiminə dair tətbiq olunan bütün qaydalara   əməl etməyə səsləyirik.