Polis çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirir
Gülər Seymurqızı 08/08/2020
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.
Xəbərburo Qafqazinfoya istinadən xəbər verir.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, bununla əlaqədar polis və Daxil Qoşunların hərbi qulluqçularından ibarət naryad qrupları tərəfindən paytaxtın rayonlarındakı bütün çimərliklərdə, istirahət mərkəzlərində nəzarət-profilaktik tədbirlər həyata keçirir.
Karantin şəraitinə uyğun olaraq, çimərliklərdə işarələnmə, nişanlanma və sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl olunması qaydalara nəzarət olunur.