Polad Həşimovun barəsində film çəkiləcək

Məmmədzadə Zərintac 25/07/2020

Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş, Qarabağ həqiqətlərindən danışılan “Komandir” bədii filmi çəkiləcək.

“XəbərBuro" xəbər verir ki,  bununla bağlı AzTV-də bildirilib. Filmin ssenari müəllifi və rejissoru Cəlalədidn Qasımov, redaktoru Əməkdar incəsənət xadimi Aydın Kazımzadədir. Ekran işinin ssenarisi real hadisələrə əsaslanır. Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuzda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə əlaqədardır. Saat yarımlıq film ərsəyə gəldikdən sonra beynəlxalq film festivallarında nümayiş ediləcək.

Vurğulayaq ki, general-mayor Polad Həşimov 14 iyulda ermənilən Tovuz rayonu istiqamətində təxribatı nəticəsində şəhid olub.