"Polad Generalımız" kitabı nəşr olunub

Məmmədzadə Zərintac 03/08/2020

Qanun Nəşriyyat Evi “Polad Generalımız” adında kitab nəşr edib. “XəbərBuro” xəbər verir ki, bununla bağlı Şahbaz Xuduoğlu məlumat yayıb. 

O deyib ki, Tovuzda şəhid olan general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş kitab 2000 ədəd nəşr olunub:

"İnanıram ki, Polad Həşimov haqqında çoxlu kitablar yazılacaq. Nə qədər qanı istidir, biz bu kitabı nəşr edirik. Özü də “Məktəblilər üçün Liderlik dərsləri” seriyasında. Qoy gələcək nəsil Poladdan örnək götürsün, Polad kimi lider olsun.

Bu nəşrin hazırlanmasında öz xatirələri ilə bizə yardım edən hər kəsə təşəkkür edirəm. Biz bu nəşri generalımızın əziz xatirəsinə "Qanun" ailəsinin töhfəsi olaraq nəşr edirik. Nəşr pulsuz paylanacaq".