Peskov: “Federasiya Şurasından icazənin alınması Qarabağdakı sülhməramlı missiyanın müddəti ilə əlaqədar olub”

Esed Abasli 18/11/2020


Rusiya Federasiyası Silahlı Qüvvələrinin Dağlıq Qarabağda istifadəsi üçün Federasiya Şurasından əlavə icazənin istənilməsi bu sülhməramlı missiyanın müddəti və miqyası ilə əlaqədardır.

TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

O, xatırladıb ki, 2015-ci ildə Federasiya Şurası Rusiya hərbi personalının xaricdə istifadəsinə dair qərar qəbul edib, bu isə öz növbəsində prezidentin operativ qərar qəbul etməsi üçün qanuni əsas yaradıb.

“Ancaq qarşımızda beş illik bir müddətin (Qarabağdakı sülhməramlı missiyanı nəzərdə tutur - red.) olduğunu, bu missiyanın miqyasını, məsuliyyətini, uzadıla biləcəyini nəzərə alıb Federasiya Şurasından əlavə icazə istənildi”, deyə D. Peskov qeyd edib.