Peşə təhsili üzrə "Dərs vaxtı"nın sabahkı cədvəli

Məmmədzadə Zərintac 12/07/2020

Təhsil Nazirliyinin təşkil etdiyi "Mədəniyyət" kanalında yayımlanan peşə təhsili üzrə "Dərs vaxtı"nın iyulun 13-nə olan cədvəli açıqlanıb.

"Qafqazinfo"ya əsasən "Xəbərburo"  xəbər verir ki, Nazirlikdən gələn məlumata görə, sabah saat 16:20-də Mehmanxana inzibatçısı ixtisası üzrə - Konsiyerj xidmətlərinin təşkil olunması, 16:30-da Heyvandarlıq ixtisası üzrə - Regionda yemçiliyin əsasını təşkil edən bitkilər, 16:40-da Aqroservis mütəxəssisi üzrə - Traktorun hidravlik asma sisteminin iş prinsipi və onlara texniki xidmət, 16:55-də Əməliyyatçı-mühasib ixtisası üzrə - Əsas vəsaitlərin alışı, satışı və silinməsi dərsləri keçiriləcək.