Peruda dəhşətli qəza - 17 ölü.

Aynur 31/08/2021

Peruda şəhərlərarası sərnişin avtobusu yoldan çıxaraq, 100 metrlik uçurumdan yuvarlanıb.

“XəbərBüro” xarici KİV-ə istinadən xəbər verir ki, qəzada 17 nəfər ölüb, 20 nəfər yaralanıb.

Avtobusda ümumilikdə 37 nəfər olub.

Hadisə yerində çox sayda xilasedici, tibbi yardım briqadaları cəlb edilib.

Peru polisi faktla bağlı araşdırmalara başlayıb.