Pentaqon əsgərləri Almaniyadan çıxarmaq üçün bir neçə planı Donald Trampa təqdim edəcək

Leyla Aliyeva 28/06/2020

"Report” əsasən "Xəbərburo" xəbər verir ki, bunu “TASS”a Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman deyib.

Onun sözlərinə görə, Müdafiə naziri Mark Esper 29 iyunda Trampa planlar barədə məruzə edəcək.

Qeyd edək ki, ABŞ Almaniyadakı hərbi kontingentinin sayını 25 min nəfərə qədər azaltmaq niyyətindədir.

ABŞ prezidenti Donald Tramp deyib ki, Almaniyadakı hərbçilərin bir hissəsi Polşaya göndərilə bilər. Polşa tərəfi isə bunu qəbul edib.