Pəncşir “Taliban”ın nəzarətinə keçdi - Yenilənib

Aynur 03/09/2021

Əfqanıstanın yeganə təslim olmayan əyaləti Pəncşir də “Taliban”ın nəzarətinə keçib.


“XəbərBüro” xəbər verir ki, bu barədə “Yeni Şafak” Kabildə olan müxbirinə isitnadən xəbər yayaıb. Bildirilir ki, Kabildən 150 kilometr məsafədə yerləşən Pəncşirdə müqavimət qüvvələri ilə şiddətli döyüşlərdən sonra əyalət taliblər tərəfindən tutulub.


Bununla da “Taliban” bütün Əfqanıstana nəzarəti ələ keçirib.


***


"Taliban"ın rəsmi nümayəndəsi Bilal Kərimi də Tvitter səhifəsində Pəncşirə tam nəzarəti ələ keçirdiklərini açıqlayıb.