Paytaxtda avtobusların intervalında gecikmə var? - AÇIQLAMA

Esed Abasli 14/12/2020

Hazırda Bakıda 2 nömrəli xətt üzrə 19 avtobus fəaliyyət göstərir. Marşrut xəttinin keçdiyi bəzi yollarda karantin postları var.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, postların qarşısındakı sıxlıq səbəbindən sözügedən avtobusların intervalında müəyyən gecikmələr olur: “Bu hal digər xətlərdə də müşahidə edilir.

Ona görə fərdi avtomobil sürücülərindəm xahiş edirik ki, karantin postlarına yaxınlaşan zaman sağ zolağı avtobuslar üçün boş sağlasınlar. Hərəkətə icazə verən sənədləri vaxtında təqdim etsinlər ki, bu cür narahatlıq doğuran hallarla rastlaşmayaq”.