Paşinyanın Qarabağ məsələsindəki uğursuzluğu...
13/07/2020

“Paşinyanın Qarabağ məsələsindəki uğursuzluğu Ermənistanın yeni milli təhlükəsizlik strategiyasında təsdiq olunub”.
XəbərBuro Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Politekonomia” tədqiqat institutunun rəhbəri Andranik Tevanyan öz “Facebook” səhifəsində yazıb.
“Bu yaxınlarda qəbul edilmiş strateji əhəmiyyətli sənədlə bağlı bir neçə ilkin müşahidə:
2007-ci ildə qəbul edilmiş strategiyada ayrıca “Dağlıq Qarabağ Respublikası” başlıqlı fəsil var idi.
Paşinyan hakimiyyətinin qəbul etdiyi strategiyada nəinki ayrılmış bənzər fəsil yoxdur, həmçinin erməni tərəfinin məqsədlərində və strategiyasında uğursuzluq var”, - deyə o qeyd edib.