Paşinyan müsahibəsində Simonyanın səs-küy yaradan postundan danışıb

Məmmədzadə Zərintac 31/07/2020

Ermənistanın Baş Naziri Nikol Paşinyan bir neçə gün əvvəl RBK-ya müsahibəsində Ermənistanda Marqarita Simonyanın sosial şəbəkədə səs-küyə səbəb olan postundan danışıb. Bəzi müşahidəçilər Baş Nazirin məsələyə dair geniş müsahibə vermək qərarını gözlənilməz adlandırıb. “Russia Today” Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş redaktorunun replikası Paşinyanı əməlli-başlı hiddətləndirib.

“Qafqazinfo”ya əsasən "XəbərBuro"  xəbər verir ki, “Ermənistan hökumətinin başçısını məhz nə belə qəzəbləndirib?” sualına Rusiyanın “Qazeta.Ru” saytı cavab axtarıb.

“Russia Today” BİA-nın baş redaktorunun replikası Ermənistan və Azərbaycan arasındakı münaqişənin yenidən kəskinləşməsi fonunda səsləndirilib. Münaqişəyə başlayan rəsmi Yerevana Marqarita Simonyanın paylaşımının ümumi tonu aydındır: “Dayanın! Hələ ki, gec deyil, sadəcə dayanın”.

 Simonyan “Ermənistan hakimiyyətinə, bir hissəsi olduğum xalqa yox, məhz hakimiyyətə” müraciət edib.