Parisdə maska taxmaq məcburi olacaq

Leyla Aliyeva 09/08/2020

Parisin daha çox canlanma müşahidə olunduğu bölgələrində tibbi maskadan istifadə gələn həftədən etibarən Fransada koronavirusa yoluxma hallarının artması ilə əlaqədar məcburi olacaq.

"XəbərBuro” “TASS”a istinadən xəbər verir ki, bu barədə şəhərin polis prefekturasından bildirilib.

Eyni tədbirlər paytaxt regionunun dörd departamentində də - İl-de-Frans - Sen-Sen-Deni, O-de-Sen, Val-de-Marn və Val-d'Uazda həyata keçiriləcək. "Hər şey virusun regionda yenidən fəal şəkildə dolaşdığını göstərir", - deyə yerli hakimiyyət vurğulayır.