“Parasetamolla qızdırmanı salıb işə getmək yolverilməzdir”

Röya Vahabova 20/07/2020

“İnsanlar dərk etməlidir ki, xəstələnən zaman heç bir zaman evdən bayıra çıxmamalı, işə getməməlidirlər”. 

“Xəbərburo” bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə deyib.

Onun sözlərinə görə, onlara bu haqda belə məlumatlar daxil olur: “Kiminsə hərarəti qalxır, o isə parasetamol içir, qızdırmasını aşağı salıb işə gedir. Bu, qətiyyən yolverilməzdir və yoluxmaların artmasına səbəb olur”.