Papa Azərbaycan və Ermənistana çağırış edib

Məmmədzadə Zərintac 19/07/2020

Roma Papası Fransısk Ermənistan və Azərbaycan arasında mövcud  uzun müddətli problemin həllinə sülh yolu ilə nail olmağa çağırıb.

"Xəbərburo" xəbər verir ki, o, son günlər olanlardan narahatlığını bildirib.

"Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm", - pontifik deyib.

Papa Fransisk son döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyini vəd verib. O, ümid etdiyini söyləyib ki, beynəlxalq ictimaiyyət dialoq və tərəflərin xoş istəyi ilə münaqişənin bu sevimli xalqların xeyrinə davamlı sülh ilə həll yolunu əldə edə bilər".