Pandemiyaya görə məktəbə getməyən şagirdlərin sayı açıqlandı

Məmmədzadə Zərintac 21/09/2020

Respublika üzrə ümumi təhsil müəssisələrində bu günə olan məlumata əsasən, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin (1, 26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. 

"XəbərBuro" xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən daxil olan məlumatda bildirilir.

Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı (müəllim, texniki heyət və rəhbər heyət) 65 460 nəfər olub.