Pandemiya ən yaxşı halda 2022-ci ildə bitəcək

Məmmədzadə Zərintac 20/09/2020

Koronavirus ən yaxşı halda 2022-ci ildə başa çatacaq. “XəbərBuro"  xəbər verir ki, bu sözləri “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts “Fox News” telekanalına müsahibəsində söyləyib.

“Əgər peyvəndlərin tətbiqi, ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində təsdiqlənərsə, ABŞ-da vəziyyət gələn yayadək normal məcraya qayıtmağa başlayacaq və bizim fəaliyyətimiz gələn ilin sonuna qədər qaydasına düşəcək, əgər, əlbəttə ki, biz başqa ölkələrə də kömək edəcəyiksə”, - o, deyib.

“Epidemiya ən yaxşı halda, yəqin ki, 2022-ci ildə başa çatacaq. Lakin 2021-ci il ərzində qlobal yanaşma olduqda biz [infeksiyanın yayılması] göstəricilərini aşağı salmalıyıq. Allaha şükür ki, vaksinlərin işlənməsi texnologiyaları artıq mövcud idi, maliyyə alındı, şirkətlər isə ən yaxşı mütəxəssislərini ayırdılar. Buna görə optimistəm, bunların hamısı əbədi davam etməyəcək”, - deyə Qeyts vurğulayıb.