
Pakistan Ermənistanı dövlət kimi tanımaq üçün şərtini AÇIQLADI
17/03/2021
"Azərbaycanla münasibətlər Pakistan üçün prioritetdir”.
"XəbərBüro" AZXEBER.COM-a istinadən
xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hai Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən "Pakistan bu gün” seminarı zamanı deyib.
"Bir çox ölkələrlə münasibətlərimizi yaxşılaşdırmağa çalışırıq. Pakistan Ermənistanı dövlət kimi tanımır. Ermənistanla birbaşa münaqişəmiz yoxdur, mövqeyimiz Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədardır. Azərbaycanla Ermənistan arasında həll olunmamış məsələ qalmazsa, gələcəkdə Ermənistanla münasibətləri də normallaşdırmağa hazırıq”, - səfir bildirib.
Related Articles




2022-07-30 17:00:10
Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



2022-05-29 16:29:36
“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







2022-03-07 14:49:20
Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




2022-02-25 23:32:11
Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

2022-02-25 22:47:27
Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

2022-02-24 10:39:06
Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
