Pakistan bir daha Azərbaycana dəstək olduğunu ifadə edib

Məmmədzadə Zərintac 11/10/2020

Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət inkişafdır.

"XəbərBuro" xəbər verir ki, bu sözlər Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatdır. Bu məlumatda qeyd olunub:

“Ümidvarıq ki, tərəflərin razılaşdırdığı humanitar şərtlər yerinə yetiriləcək. Pakistan inanır ki, iki tərəf arasında davamlı sülhün təmin olunması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılıdır. Bu işdə Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcək”.