Özbəkistana sığınan əfqan əsgərlər üçüncü ölkəyə göndərildi.

Aynur 15/09/2021

Özbəkistan Xarici İşlər Nazirliyi ölkəyə sığınan əfqan əsgərlər və vətəndaşlarla bağlı məlumat yayıb.

“XəbərBüro” Anadolu Agentliyinə istinadən xəbər verir ki, XİN “Taliban”ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra Özbəkistana sığınan əfqan əsgərlərin və vətəndaşların ölkəni tərk etdiklərini bildirib.

Onlar son iki gündə Özbəkistanı tərk edərək üçüncü ölkəyə göndəriliblər.

Qeyd edək ki, “Taliban” ölkəni ələ keçirdikdən sonra bir çox Əfqanıstan vətəndaşı və hərbi pilot da daxil olmaqla, 585 əfqan əsgər qanunsuz olaraq Özbəkistan ərazisinə keçmişdi.