Ötən il siqaretdən 78 yanğın baş verib

Leyla Aliyeva 25/08/2020

Azərbaycanda yanğın hadisələrinə dair statistik məlumat açıqlanıb.

“XəbərBuro" nun məlumatına görə, 2019-cu ildə Azərbaycanda 2319 yanğın olub ki, bu yanğınlar nəticəsində 53 nəfər dünyasını dəyişib. Yanğınların 260-nın qəsdən törədildiyi üzə çıxıb. Tütün (siqaret) çəkilməsi zamanı ehtiyatsız davranılmasına görə 78 yanğın hadisəsi baş verib. Yanğınların əksəriyyəti elektrik avadanlıqlarının istismar qaydalarının pozulmasına görə olub. Bu say 951-dir.