Orduya dəstək aksiyası yoluxma sayına təsir edibmi?

Leyla Aliyeva 20/07/2020

"Hazırda statistikada dəyişiklik varsa,o, müsbət istiqamətdədir”. 

“Xəbərburo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Tovuz istiqamətində gedən döyüşlərdən sonra vətəndaşların orduya dəstək aksiyalarında toplaşma hallarına münasibət bildirən zaman deyib. 

O qeyd  edib ki, hələ ki, toplaşmalarla bağlı yoluxma sayındakı artışı bu günlərdə görməyəcəyik: “Bilirik ki, xəstəliyin inkubasyon dövrü var. Ölkəmizdə baş verən müxtəlif məsələlərlə bağlı insanların emosional hissləri var və bu onları bəzi sərhədləri keçməyə məcbur edir. Ancaq unutmamalıyıq ki, koronavirus realdır”.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, şəhidlərimizi yola salmağa gələn insanlar öz hissləri ilə davranır: “Onlara hər hansı məhdudiyyət qoymaq düzgün olmaz. Ancaq məsafə saxlamaq çox vacibdir. Bizim ölkədə qeyri-qanuni keçirilən digər yas mərasimlərindən xəbərimiz var və bu, arzuolunan deyil”.