Oqtay Gülalıyevdən xəbər gəlib

Məmmədzadə Zərintac 25/06/2020

Bu gün hüquq müdafiəçisi Oqtay Gülalıyev baş nahiyyəsindən növbəti dəfə əməliyyat ediləcək.

"Xəbərburo" xəbər verir ki, bu haqda məlumatı onun oğlu Təbriz Gülalıyev sosial şəbəkə hesabında yayıb.

"Belə ki, ilk əməliyyatı zamanı götürülmüş kəllə sümüyünün yerinə qoyulması üçün əməliyyat olunmasının vacib olduğu bildirildi. Ümid edirik ki, son əməliyyat onun üçün müsbət dəyişiklərə doğru yol açacaq"- o, deyib.