Operativ Qərargah brifinq keçirir

Leyla Aliyeva 03/08/2020

Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 5-dən sonra xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək qaydalarla bağlı brifinq keçirir. 

“XəbərBuro" xəbər verir ki, mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev, ASAN Xidmətin sədri Ülvi Mehdiyev, Bakı şəhəri İcra Hakimiyyətinin aparat rəhbəri Elgin Həbibullayev və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva jurnalistlərin suallarını cavablandırır.