Ölkəmizdə koronavirusa daha 559 nəfər yoluxub və 7 nəfər ölüb

Məmmədzadə Zərintac 15/07/2020

 Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 7 nəfər isə dünyasını dəyişib.

"Xəbərburo" xəbər verir ki, bu haqda Operativ Qərargahdan məlumat bildirilib. Son sutkada ölkədə daha 545 nəfər sağalıb. 

Hazırkı dövrədək 25 672 nəfərin koronavirusa yoluxması faktı müəyyənləşib,  onlardan 16 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində ümumilikdə 592 778 test aparılıb.