Ölkəmizdə koronavirus üzrə son vəziyyət açıqlanıb

Məmmədzadə Zərintac 16/07/2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı  16 iyula olan statistikanı açıqlayıb.

"Xəbərburo"  xəbər verir ki, məlumata görə hazırda ölkəmizdə  8575 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 345 nəfər reanimasiyada, 68 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 26 165 nəfər virusa yoluxub, 17 256 nəfər sağalıb.

Bu gün 8722 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 601 500 test aparılıb.

Vurğulayaq ki, bu gün 493 koronavirusa yoluxma faktı qeydə alınıb, 8 nəfər vəfat edib.