Ölkəmizdə koronavirus infeksiyasına yoluxanların sayı 27, 5 mini ötüb

Məmmədzadə Zərintac 19/07/2020


Azərbaycanda hazırkı dövrədək ümumilikdə 27 521 nəfərin COVID-19-a yoluxması müəyyənləşib.

"Xəbərburo" xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, onlardan 18 967 nəfər müalicə ilə sağalıb, 554 nəfər təhlükəli virusdan ölüb. Habelə, daha 8 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Məlumat əsasında, son gün ərzində COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095 test aparılıb. Bununla da koronavirusa dair aparılan testlərin sayı 627 881-ə çatıb.