Ölkəmiz Türkiyə ilə hərbi təlimlər keçirəcək

Məmmədzadə Zərintac 27/07/2020

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə görə, illik plana uyğun Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

"XəbərBuro" xəbər verir ki, Müdafiə Nazirliyindən daxil olan məlumata əsasən, birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

Plan əsasında təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb olunması ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə  29 iyuldan 10 avqusta kimi  Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.