Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

Esed Abasli 10/12/2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 155 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 862, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 852 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 837 528, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 114 379, ikinci mərhələ üzrə 4 609 478 nəfər təşkil edir. Ümumilikdə isə 1 113 671 “buster” doza vurulub.