Oktyabrın 1-dən ictimai nəqliyyat həftəsonu da işləyəcək

Aynur 24/09/2021

2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

"XəbərBüro" xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.