Oğuzda dolu və yağış fəsadlar törədib

Fəxriyyə Qüdrətli 07/06/2020

Oğuz rayonunda kəndləri birləşdirən körpü dağılıb.

"Xəbərburo" xəbər verir ki, güclü yağış nəticəsində yaranan sel Yaqublu - Yenikənd kəndləri arasında olan körpünü yararsız vəziyyətə salıb. 

Bundan başqa Yaqublu, Yenikənd, Top, Zərrab, Xaçmaz və Padar kəndlərinə dolu düşməsi nəticəsində taxıl sahələrində yetişmə ərəfəsində olan arpanı yararsız hala düşüb.

Sel şəxsi təsərrüfatlarda olan əkin sahələrinə və quşçuluq təsərrüfatlarına da zərər vurub.