Oğurluqda şübhəli olan şəxs saxlanılıb

Məmmədzadə Zərintac 09/08/2020

Bakının Səbail rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub. 

"XəbərBuro" xəbər verir ki, Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 avqustda xarici ölkə vətəndaşına məxsus 900 ABŞ dolları dəyərində “Speeds” markalı velosipedi oğurlamaqda şübhəli olan, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1986-cı il təvəllüdlü, Neftçala rayon sakini Vüqar Muxtarov saxlanılıb. 

Bu şəxs barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlayıb və ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.