Ödənişsiz abituriyent hazırlıq kurslarına qeydiyyat davam edir

Məmmədzadə Zərintac 20/07/2020

"Fortis Academy" FORTİS GROUP MMC-nin həyata keçirdiyi təhsilə dəstək sosial layihəsidir.

"Xəbərburo"  xəbər verir ki, təhsilə marağı olan şəhid, əlil və az sosial təminatlı ailələrin övladları üçün yaradılan layihənin xərcləri tamamilə şirkət qarşılayır. Burada şagirdlər ödənişsiz təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də təmin edilirlər.

"Fortis Academy", Koronavirusun yayılmasının qarşısının alınmasına dair ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq 9, 10 və 11-ci sinif şagirdlərinin qəbulunu onlayn şəkildə həyata keçirir.

Hazırda 8-ci sinifdə təhsil alan şagirdlər də növbəti təhsil ili üçün aşağıda qeyd edilən linkə daxil olaraq onlayn qeydiyyatdan keçə bilərlər.

http://fortisgroup.az/fortisacademyregister

"Fortis Academy" -nin əməkdaşları tezliklə sizinlə əlaqə saxlayacaq.
Uğurlar,
Evdə qalın, sağlamlığınıza diqqət edin!

Xırdalan şəhəri, Z.Tağıyev küç.13
(+994 50) 251 90 20 ;
Qaynar xətt: *0011 

 [email protected]
 [email protected]
Fortis-Academy (Facebook)
fortis.academy (Instagram)

#ödənişsiztəhsil #abituriyenthazırlığı #təhsilədəstək