Növbəti qəbul imtahanları başlayıb

Svetlana Mirzəyeva 21/08/2020

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə növbəti qəbul imtahanları başlayıb.

"XəbərBuro" xəbər verir ki, bu gün, həmçinin II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçirilir. 

İmtahanlar saat 11:00-da başlayıb və 3 saat davam edəcək.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 75 imtahan binası, 1 322 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 75 ümumi imtahan rəhbəri, 227 imtahan rəhbəri, 1 719 nəzarətçi–müəllim, 150 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.

İştirakçıların imtahana tibbi maska ilə gəlməsi və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməsi təmin edilib.

Qeyd edək ki, imtahanlarda 16 884  abituriyentin iştirakı nəzərdə tutulur.