Nobel mükafatı onlayn təqdim olunacaq

Leyla Aliyeva 22/09/2020

Ənənəvi Nobel mükafatı mərasimi bu il koronavirus pandemiyası səbəbindən onlayn şəkildə keçiriləcək.

“XəbərBuro” xəbər verir ki, bu barədə Nobel komitəsinin saytında deyilir.

“Ənənəvi Nobel mükafatlandırılması mərasimi Stokholm Filarmoniyasında və bələdiyyə binasında keçirilməyəcək. Bunun əvəzinə, bələdiyyə binasından laureatlarla birbaşa canlı yayım təşkil olunacaq”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, mükafatlandırma mərasimi hər il dekabrın 10-da Stokholmda keçirilir.