
Nikol Paşinyan əsir mübadiləsi prosesi ilə bağlı açıqlama verib
14/12/2020

Nikol Paşinyan əsir mübadiləsi prosesi ilə bağlı açıqlama verib “Əsirlərin mübadiləsi prosesinə, əsirlərimizin geri qaytarılması prosesinin başlanğıcına yaxınlaşdıq”. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində bəyan edib.
O, əsirlərin rəsmi təsdiqlənmiş qrupunun tezliklə qaytarılmasını gözlədiklərini bildirib: “Planımız belədir: bu mərhələdə adları həm Azərbaycan, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən rəsmi olaraq təsdiqlənən əsirləri geri qaytarmalıyıq”.
O, bundan sonra itkin düşənlərin axtarışına başlanılacağını bildirib: “Ölənlərin cəsədlərinin axtarışı və şəxsiyyəti məlum olmayan cəsədlərin müəyyənləşdirilməsi prosesi də yeni güclə davam etməlidir”, - deyə o vurğulayıb.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
