Nigar Arpadarai: “Saxlanılan vətəndaşlara qanun çərçivəsində maksimum mərhəmət göstərilsin”

Esed Abasli 09/06/2020

"Son 3 ay hamı üçün çətin oldu. Həm öndə olan polis əməkdaşlarımız , həm camaat artıq yorulub. Son 3 ayda polis və daxili qoşunlarımız çox gözəl iş görüblər, səbrlə, təmkinlə üzərlərinə düşən məsuliyyəti həyata keçiriblər".


AZXEBER.COM xəbər verir ki, bu sözləri millət vəkiki Nigar Arpadarai sosial şəbəkədə yazıb.


O saxlanılan vətəndaşlarla bağlı hüquq mühafizə orqanlarına müraciət edib:


"Ona görə hamının əsəbləri artıq tarıma çəkilib. Yasamalda vətəndaşlarla polis əməkdaşları arasında baş verənlər bunun nəticəsi və göstəricisidir. Əlbəttə, baş verənlərə hüquqi qiymət verilməlidir, amma mən hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, saxlanılan vətəndaşlara qarşı qanun çərçivəsində maksimum mərhəmət göstərilsin. Vətəndaşların karantində olmasını, vəziyyəti nəzərə almalarını gərəkdir".
 
Deputatın bu açıqlaması sosial şəbəkədə rəğbətlə qarşılanıb.