Nəsimi rayonunda su olmayacaq

Leyla Aliyeva 06/07/2020

Bakı şəhəri Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Nəsimi rayonunun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb. 

“Xəbərburo” xəbər verir ki, gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.