"Neftçi"yə təzə məşqçi təyin olunub

Məmmədzadə Zərintac 09/07/2020

“Neftçi”nin məşqçilər korpusuna təzə təyinat olub.

"Xəbərburo" xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini icra edəcək.

Bununla bağlı paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

Vurğulayaq ki, 1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev “İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də “Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və “Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində işləyib.