"Neftçi"nin sabiq vitse- prezidenti koronavirusdan ölüb
Məmmədzadə Zərintac 11/07/2020

Bakının “Neftçi” klubunun sabiq vitse-prezidenti İlqar Quluzadə dünyasını dəyişib.
"Xəbərburo" xəbər verir ki, o, koronavirusdan vəfat edib.
Bu məlumatı "Neftçi"nin sabiq həkim-fizioterapevti Rahim Məhərrəmov yayıb.
Vurğulayaq ki, İ.Quluzadə "Neftçi"də 2000-ci illərin əvvəlində çalışıb.