Neftçilər Günü ilə bağlı xüsusi buraxılış hazırlanıb

Məmmədzadə Zərintac 21/09/2020

“İki sahil” qəzeti Neftçilər Gününə dair xüsusi buraxılış hazırlayıb.

"Qafqazinfo"ya əsasən "XəbərBuro" xəbər verir ki, 100 səhifəlik xüsusi buraxılışda Azərbaycan neft-qaz sənayesinin 26 ildə keçdiyi inkişaf yolunun təhlili aparılıb, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın və onun strukturlarının gördüyü işləri əks etdirən maraqlı yazılar dərc edilib.

Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2020-ci il tarixli müvafiq sərəncamları, həmçinin neft və qaz sənayesinin inkişafında xüsusi xidmətləri olan şəxslərin SOCAR-ın “Fəxri neftçi” döş nişanı ilə təltif edilməsi öz əksini tapıb.

Xüsusi buraxılışda SOCAR-ın ayrı-ayrı sahələrdə tətbiq etdiyi yeniliklər, təcrübələr, qazandığı uğurlar ətraflı şəkildə ictimaiyyətə çatdırılır.