"Neftçi" - "Aris" oyunundan sonra insident baş verib
Mükafat İsazadə 29/07/2022
Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra insident baş verib.
"XəbərBuro" nun məlumatına görə, qonaqların bəzi oyunçuları görüş bitən kimi "ağ-qaralar"ın futbolçularına və texniki zonasında yer alan şəxslərə hücum edib.
Onları çətinliklə sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, Azərbaycan təmsilçsii rəqibini 3:0 hesabı ilə üstələyib. "Neftçi" Kiprdəki ilk görüşdə 0:2 hesabı ilə uduzmuşdu.