NBA oyunçuları hər gün koronavirus testindən keçəcəklər

Fəxriyyə Qüdrətli 06/06/2020

Milli Basketbol Assosiasiyasında (NBA) mövsümün bərpa olunmasının təfərrüatları bəlli olub. 

"Xəbərburo" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, mövsümün iyunun 31-də 22 komandanın iştirakı ilə bərpası planlaşdırılır. 

Komandaların hamısı Florida ştatının Orlando şəhərində oyunlarını keçirəcək. Qarşılaşmalar boş tribunalar önündə olacaq. 

Bütün basketbolçular hər gün koronavirus testindən keçəcəklər. 

Qeyd edək ki, NBA-da cari mövsümün oyunları martın 12-də koronavirus səbəbindən dayandırılıb.