Nazirlikdən uşaq evinin şagirdlərinə noutbuklar hədiyyə olunub

Məmmədzadə Zərintac 15/09/2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri 15 Sentyabr Bilik günü münasibəti ilə 1 saylı uşaq evinə baş çəkiblər.

"XəbərBuro" xəbər verir ki, pandemiya şəraitində təhsil müəssisələrində dərslərin onlayn formada təşkili ilə bağlı uşaq evinin məktəbli şagirdləri üçün noutbuklar verilib.

Uşaq evinin yüksək surətli internetlə təmin edilməsi üçün “Baktelecom” şirkəti tərəfindən müvafiq işlərə başlanılıb.

Əvvəldə nazirlik  1 saylı uşaq evinin məktəblilərinə kompüterlər hədiyyə edib.

Nazirlik əməkdaşları "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri ilə birlikdə evlərində internet xətti və kompüterinin olmaması səbəbindən distant təhsilə qatıla bilməyən şagirdlərə planşet və dərs ləvazimatları bağışlayıb.

 "Aztelekom" MMC tərəfindən şagirdlərin evlərinə telefon və rabitə xətti çəkilib.