Nazirlər Kabineti yanında Operativ Qərargah SMS-icazənin tələb olunmayacağı halları açıqlayıb.

Leyla Aliyeva 02/07/2020

"Xəbərburo" bildirir ki, həyat və sağlamlıqla bağlı təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur.

Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.