Nazarbayevin nəvəsi Londonda öldü

Leyla Aliyeva 16/08/2020

Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev nəvəsi Aysultan Nazarbayev vəfat edib.

"XəbərBuro" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, o, ötən gecə Londonda vəfat edib.

30 yaşınfa vəfat edən Aysultanın ölüm səbəbi araşdırılır. İlkin versiyaya görə, onun ölümünə ürək tutması səbəb olub.

Qeyd edək ki, Aysultan Nazarbayev bu ilin fevralında Böyük Britaniyadan siyasi sığınacaq istəmişdi. O, bu barədə məlumatı öz feysbuk səhifəsində yaymışdı. Nazarbayevin nəvəsi addımını ailəsinin ona təzyiq göstərməsi ilə izah etmişdi. 

Xatırladaq ki, Nazarbayev Qazaxıstanın birinci Prezidentinin böyük qızı Dariqa Nazarbayevanın oğludur. Aysultan 2017-ci ildə feysbukda atasının ölümündən sonra narkotikdən istifadə etdiyini, lakin bu asılılıqdan xilas olduğunu bildirmişdi.